İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, Köçəryanın oğlu da saxlanılıb - YENİLƏNİB - 2

İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, Köçəryanın oğlu da saxlanılıb - YENİLƏNİB - 2 Ermənistan müxalifəti bu gün paytaxt və regional magistralları bağlamaq niyyətindədir.
Region
806
3 May , 2022 11:00
İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, Köçəryanın oğlu da saxlanılıb - YENİLƏNİB - 2

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 70-ə çatıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onların arasında müxalifətin tanınmış fəalları da var.

Məlumata görə, saxlanılardan biri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryandır.

Müxalifət liderləri İrəvanda eyni vaxtda 20 mitinqin keçirildiyini vurğulayıblar.

09.37

Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiya keçirilir.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi “Müqavimət” hərəkatının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.

Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.

Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb. 

Məlumata görə, indiyədək ölkədə “Vətən” partiyasının 30-a yaxın üzvü saxlanılıb. Onların arasında partiyanın idarə heyətinin üzvləri də var.

Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.

08:55

Ermənistan müxalifəti bu gün paytaxt və regional magistralları bağlamaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə saat 08:30-dan etibarən İrəvan şəhərini iflic vəziyyətinə salınacaq, küçə və yol ayrıcıları bağlayanaq. “Sürücüləri avtomobilləri saatda maksimum 15 km sürətlə sürməyə, yol kəsişmələrində gecikməyə çağırıram", - Saqatelyan deyib.

O vurğulayıb ki, bu gün müxalifət bölgələrdə də yolları bağlayacaq.

Qeyd edək ki, bazar ertəsi səhər Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində İrəvanın mərkəzində küçələri bağlayan 244 nümayişçini saxlayıb. İrəvanın mərkəzindəki “Fransa” meydanına toplaşan müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.

Son xəbərlər

Orphus sistemi