Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı rüşvət alarkən tutulub

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı rüşvət alarkən tutulub Ermənistan Milli təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin əməkdaşını tutublar
Region
26 Aprel , 2021 11:22
Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı rüşvət alarkən tutulub

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Müdafiə Nazirliyinin əməkdaşını saxlayıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı MTX yayıb.

Tutulan şəxs xidməti vəzifəsindən sui-istifadə edərək çağırışçını qanunsuz şəkildə hərbi xidmətdən yayındırmaqda şübhəli bilinir.

Məlumata görə, R.K.adlı Ermənistan vətəndaşı hərbi xidmətdən iki dəfə möhlət alıb. O, səhhətində problem və başqa səbəb olmamasına baxmayaraq, 3-cü dəfə möhlət almaq üçün Müdafiə Nazirliyindəki qohumu X.D-ya müraciət edib. Onlar 3 000 ABŞ dolları qarşılığında xəstəliyə görə möhlət verilməsinə dair sövdələşiblər. Bundan sonra X.D. ölkədəki mövcud hərbi nizamnaməyə zidd olaraq, qohumu R.K.-nı hərbi xidmətdən azad edib.

Sövdələşməyə əsasən, Müdafiə Nazirliyinin əməkdaşı qohumundan rüşvəti başqa şəxsin əli ilə alıb. Aprelin 20-də o, rüşvəti gətirən şəxslə görüşüb. Nazirlik əməkdaşı 3 000 ABŞ dolları məbləğində rüşvəti alan zaman tutulub.

Müdafiə Nazirliyinin başqa əməkdaşları da bu cinayət işi üzrə istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi