Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları “Zvartnots” hava limanında və Gürcüstanla sərhəd “Baqrataşen” keçid məntəqəsində xidmətə qəbul elan edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri MTX-nin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.
“Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları “Zvartnots” aeroportunda, Gürcüstanla sərhəddə yerləşən “Baqrataşen” keçid məntəqəsində və digər buraxılış məntəqələrində hərbi xidmətə qəbulu təşkil edir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsi avqustun 1-dən etibarən “Zvartnots” hava limanında müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək istəyi barədə Rusiya tərəfini rəsmi şəkildə məlumatlandırıb.