Ermənistan MTX-nin əməkdaşları koronavirus fonduna pul vermir

Ermənistan MTX-nin əməkdaşları koronavirus fonduna pul vermir Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının maaşlarından koronavirusla mübarizə fonduna məcburi pul tutulur.
Region
6 May , 2020 13:22
Ermənistan MTX-nin əməkdaşları koronavirus fonduna pul vermir
0 : 00
0 : 00

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının maaşlarından koronavirusla mübarizə fonduna məcburi pul tutulur.

“Report” xəbər verir ki, məlumatı “Qraparak” qəzeti yazıb.

“Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bizə bildirib ki, mayor rütbəsindən aşağı olan əməkdaşlar fondun hesabına 5 min dram (10,4 ABŞ dolları - red.), yüksək rütbəli zabitlər isə 10 min dram (20,80 ABŞ dollar - red.) köçürməyə məcbur edilir”, - xəbərdə qeyd olunub.

Məlumata görə, Xidmətin əməkdaşları keçmiş məmurların törətdikləri cinayətləri araşdırmaqla məşğul olduqlarını və bu məcburiyyətdən narazı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, 2019-cu ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının maaşları 30% artırılıb. Ötən il Xidmətin mükafat fondu da 2 milyard 202 milyon dram (təxminən 4 593 136 ABŞ dolları) artıb. Əməkhaqlarına da 30% bu hesabdan əlavə edilib. Nəticədə Xidmətin əməkdaşlarının orta aylıq maaşları 50 min dram (104 ABŞ dolları) olub.

Son xəbərlər

Orphus sistemi