Ermənistanın baş naziri Nikol Paşinyan Armen Abazyanı yenidən Milli Təhlükəsizlik Xidmətinə (MTX) direktor təyin edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, hökumətin ötən il noyabrın 30-da keçirilən iclasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və onun müavinlərinin ölkə prezidenti tərəfindən deyil, baş nazir tərəfindən vəzifəyə təyin, yaxud vəzifədən azad edilməsi qərara alınıb.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan prezident sərəncamı ilə vəzifəsindən azad edilmişdi.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, bu barədə “Novosti Armenia” məlumat yayıb.
Bildirilib ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.
Qeyd edək ki, Armen Abazyan 2020-ci il noyabrın 8-də bu vəzəfəyə təyin edilmişdi.