Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifədən azad edilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifədən azad edilib Onun yerinə baş prokurorun müavini Georgi Kutoyan təyin olunub
Region
12 Fevral , 2016 17:15
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifədən azad edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan vəzifədən azad olunub. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fevralın 11-də Q.Akopyanın səlahiyyət müddəti baş çatıb. Direktor vəzifəsindən çıxarılan 70 yaşlı Q.Akopyan ölkə prezidentinin müşaviri təyin edilib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə isə baş prokurorun müavini Georgi Kutoyan təyin edilib. 

Son xəbərlər

Orphus sistemi