Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir

Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir Ermənistan istehsalçıları öz məhsullarını Aİ-nin mühafizə etdiyi coğrafi göstərici olan "konyak" adı ilə markalamayacaq.
Region
5 Noyabr , 2024 16:20
Ermənistan konyakı erməni brendisi ilə əvəz edir

Ermənistan istehsalçıları öz məhsullarını Avropa İttifaqının (Aİ) mühafizə etdiyi coğrafi göstərici olan "konyak" adı ilə markalamayacaq.

“Report”un Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, bunun əvəzində ölkədə istehsal olunan spirtli içkilər "erməni brendisi" adlandırılacaq.

Nazir "konyak" coğrafi göstəricisinin istifadəsinin dayandırılması üçün lazımi proseslərin aparıldığını qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin dəstək proqramına iki həftədən sonra start veriləcək. Layihə çərçivəsində Aİ aşağıdakı istiqamətlərdə dəstək göstərəcək: satılan brendinin keyfiyyətinə nəzarəti təmin etmək üçün laboratoriya infrastrukturuna tələbləri müəyyən edilməsi, keyfiyyətə nəzarət sisteminin işlənib hazırlanması və s.

Son xəbərlər

Orphus sistemi