Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”

Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər” “İran və Rusiya bizim, xüsusilə də Ermənistan hökumətinin ala gözlərinə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”.
Region
30 May , 2023 12:27
Ermənistan KİV: “İran və Rusiya ala gözlərimizə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”

“İran və Rusiya bizim, xüsusilə də Ermənistan hökumətinin ala gözlərinə vurulmayıb, öz maraqlarını müdafiə edirlər”.

“Report” xəbər verir ki, bu barədə “Past” (“Fakt”) qəzeti İranın Qafanda açdığı, Rusiyanın isə Zəngəzurda açacağı konsulluqla bağlı məqaləsində bildirib.

Qəzetin yazdığına görə, burada qarşılıqlı maraqların aydın birləşməsi son dərəcə vacibdir: “Bu baxımdan, ən azı, ilkin təəssüratlara görə, Sünikin (Zəngəzur) “qırmızı xətt” kimi qəbul edilməsi əsas məsələdir”.

“Past ” qeyd edib ki, digər tərəfdən mümkün kommunikasiyalar üzərində müəyyən nəzarətin qurulması, təsir və mövqelərin zəifləməsi ehtimalını istisna etmək üçün konkret addımlar atılır.

Xatırladaq ki, İran Ermənistanla Azərbaycanın sərhədyanı Qafan şəhərində Baş Konsulluğunu açıb. Bu günlərdə isə Rusiya Zəngəzurda Baş Konsulluq açacağına dair açıqlama verib.

Son xəbərlər

Orphus sistemi