Ermənistan hökuməti "təmizlik işləri" aparacaq

Ermənistan hökuməti "təmizlik işləri" aparacaq Ermənistanda hökumət 2 000 dövlət məmurunu işdən azad edəcək.
Region
151
27 İyun , 2020 11:35
Ermənistan hökuməti təmizlik işləri aparacaq

Ermənistanda hökumət 2 000 dövlət məmurunu işdən azad edəcək.

“Report” xəbər verir ki, bu barədə “Past” qəzeti hakimiyyətdəki öz mənbəyinə istinadən yazıb.

“Hüquq-mühafizə orqanlarına təkcə müxalifəti deyil, onlarla adları çəkilənləri nəzarətə götürmək, yeri düşəndə onların fəaliyyətinə mane olmaq və onları susmağa məcbur etmək tapşırılıb”, - qəzet vurğulayıb.

Bildirilib ki, bu baxımdan dövlət qurumlarının əməkdaşlarının fəaliyyətinə xüsusi diqqət yetiriləcək:

“Hakimiyyət bu qarışıq mərhələdə yeni təmizləmə aparmağı planlaşdırır. Müxalifətə total hücum nəticəsində dövlət orqanlarından bu məqsədlə kütləvi istefaların baş verəcəyi gözlənilir. Bizim məlumatımıza adları keçmiş hakimiyyətlə çəkilən, yaxud keçmiş hakimiyyətin qalıqlarından sayılan 2 min nəfər işdən azad ediləcək”.

Son xəbərlər

Orphus sistemi