Ermənistan hökuməti istefaya göndərilib

Region
  • 09 aprel, 2018
  • 12:19
Ermənistan hökuməti istefaya göndərilib

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Ermənistan hökuməti istefaya göndərilib.

“Report” “Novosti Armenii”yə istinadən xəbər verir ki, Ermənistanın aprelin 9-da and içmiş yeni prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla baş nazir də daxil olmaqla bütün nazirlər və hökumətin digər üzvləri işdən çıxarılıblar. 

Qeyd edək ki, aprelin 9-16-da Ermənistanın baş naziri postuna namizədlər irəli sürüləcək. Aprelin 17-də Ermənistan parlamentində yeni baş nazir seçiləcək. Yeni baş nazir isə yeni hökuməti formalaşdıraraq prezidentə və parlamentə təqdim edəcək. Hökumət mayın 1-10 arası formalaşdırlacaq. Bu posta Ermənistan hakim Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sarqsyanın gətiriləcəyi gözlənilir.