Ermənistan hərbçiləri yol qəzasına düşüb: iki nəfər ölüb

Ermənistan hərbçiləri yol qəzasına düşüb: iki nəfər ölüb Ermənistanda Yerevan-Meğri avtomobil yolunun 204-cü kilometrliyində “Lexus” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si hərbçi olmaqla 5 nəfər yaralanıb.
Region
3 Avqust , 2019 09:48
Ermənistan hərbçiləri yol qəzasına düşüb: iki nəfər ölüb

Ermənistanda Yerevan-Meğri avtomobil yolunun 204-cü kilometrliyində “Lexus” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si hərbçi olmaqla 5 nəfər yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, ölən və yaralananların kimliyi barədə məlumat gecə yayılıb.

Bildirilib ki, “Lexus”dakı 3 yaşlı uşaq və Anqeqahot kəndinin sakini ölüb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, "VAZ-2106"nın sürücüsü və sərnişini Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir. 

Son xəbərlər

Orphus sistemi