Ermənistan həbsxanalarında son 10 ayda 24 nəfər ölüb, onlardan 7-si intihar edib

Ermənistan həbsxanalarında son 10 ayda 24 nəfər ölüb, onlardan 7-si intihar edib Hesabatda vurğulanıb ki, həbsxanalarda cəza çəkən qadın məhkumlar cinsi zorakılığa və istismarta məruz qalırlar
Region
7 Mart , 2017 11:08
Ermənistan həbsxanalarında son 10 ayda 24 nəfər ölüb, onlardan 7-si intihar edib

Bakı. 7 mart. REPORT.AZ/ Son 10 ayda Ermənistan həbsxanalarında 24 ölüm hadisəsi baş verib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Helsinki Vətəndaş Assambleyasının Yerevan ofisinin hesabatında bildirilib.

Hesabata əsasən, Ermənistan həbsxanalarında ölümlərin sayı artıb. Rəsmi məlumata görə, ötən ilin son 10 ayı ərzində məhkumların 17-si xəstəlikdən ölüb, 7-si isə intihar edib.

Hesabatda vurğulanıb ki, qadın həbsxanalarında məhkumların saxlanma şəraiti daha acınacaqlıdır. Sənəddə qeyd olunub ki, həbsxanalarda cəza çəkən qadın məhkumlar cinsi zorakılığa və istismarta məruz qalırlar. 

Son xəbərlər

Orphus sistemi