Ermənistan-Gürcüstan sərhədində erməni hərbçi bıçaqlanıb

Ermənistan-Gürcüstan sərhədində erməni hərbçi bıçaqlanıb Hadisə iştirakçılarından biri saxlanılıb
Region
20 Noyabr , 2017 17:13
Ermənistan-Gürcüstan sərhədində erməni hərbçi bıçaqlanıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçisi bıçaqlanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Baqrataşen Nəzarət-Buraxılış Məntəqəsində baş verib. Həmin hərbçi “Mersedes-Benz” markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb. Bu zaman sürcü ilə hərbçi arasında mübahisə düşüb. Onların mübahisəsinə əlində bıçaq olan daha bir mülki şəxs qoşulub. O, hərbçini bıçaqlayaraq yaralayıb.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin hakimiyyət nümayndəsinə vəzifəsinin icrası zamanı müqavimət göstərmək maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından biri saxlanılıb. Qalanların axtarış üzrə əməliyyat tədbiri keçirilir.

Məlumata görə, baxış zamanı avtomobildə qaçaq mal aşkarlanmayıb.

Qeyd edək ki, “Baqrataşen” Nəzarət-Buraxılış Məntəqəsi Ermənistanın Tauş rayonu ərazsində və Ermənistan-Gürcüstan sərhədində yerləşir.  

Son xəbərlər

Orphus sistemi