BMT-nin Əhalinin Məskunlaşması Fondunun proqnozuna əsasən, Ermənistan əhalisi 2050-ci ilədək 2 959 700 nəfərdən 2 816 000 min nəfərədək azalacaq.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu BMT-nin Əhalinin Məskunlaşması Fondunun “Əhali və inkişaf” proqramının əlaqələndiricisi Anna Ovannisyan videoformatda keçirilən müzakirələrdə bildirib.
“Qeyd etmək lazımdır ki, bu proqnoz 2019-cu ildə açıqlanıb. BMT ildə bu istiqamətdə iki dəfə proqnoz verir. 2021-ci ildə yeni proqnozların veriləcəyi gözlənilir. Demək olar ki, Ermənistan üçün bu çox bədbin proqnoz olacaq”, - o qeyd edib.
A.Ovannisyan Ermənistan (2 816 000 nəfərə), Gürcüstan (3 517 000) və Rusiyanın (135 824 000) əhalisinin sayı azalacaq: “Bu müddətdə Azərbaycan (11 905 000 nəfər), Türkiyə (97 140 000) və İranın (103 098 000) əhalisinin sayı artacaq”.
Xatırladaq ki, Ermənistan əhalisinin sayı 3 018 854 nəfər olub. Ötən 10 ildə ölkə əhalisinin sayı 3 milyon nəfərə çatmayıb.