Ermənistanla Rusiya arasındakı münasibətlərdə problemlər var. İki ölkə onları həll etməyə çalışmalıdır.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
“Ermənistan-Rusiya münasibətlərində problemlər var. Amma hesab edirəm ki, biz tarazlığı saxlamalı və bütün maneələri aradan qaldırmağa çalışmalıyıq”, - o bildirib.
M.Qriqoryan qeyd edib ki, izahı tam verilməyən bir çox problemlər meydana çıxır. “Hesab edirəm ki, biz problemləri anlamağa və düzgün qərarlar qəbul etməyə çalışmalıyıq”, - o əlavə edib.