“Dəmiryolu infrastrukturunun bərpası 3 ilə qədər vaxt aparacaq”.
“Report” xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib.
Onun sözlərinə görə, çox şey danışıqlar prosesinin gedişatından asılıdır.
M.Qriqoryan bildirib ki, regiondakı dəmir yolu infrastrukturunun ayrı-ayrı hissələrini bərpa etməklə logistika məsələrini yoluna qoymaq mümkündür.