Ermənistanın baş naziri BƏƏ-yə işgüzar səfərə gedib - YENİLƏNİB

Region
  • 09 iyul, 2025
  • 17:46
Ermənistanın baş naziri BƏƏ-yə işgüzar səfərə gedib - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan BƏƏ-yə işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, bu barədə erməni KİV-ləri hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

12:17

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedir.

"Report" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə görüşü planlaşdırılır. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti