Ermənistan Azərbaycanla dəmir yolu bağlantısına ayıracağı məbləği açıqlayıb

Ermənistan Azərbaycanla dəmir yolu bağlantısına ayıracağı məbləği açıqlayıb Ermənistan hökuməti Arazdəyən - Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır
Region
233
18 Dekabr , 2021 16:11
Ermənistan Azərbaycanla dəmir yolu bağlantısına ayıracağı məbləği açıqlayıb

Ermənistan hökuməti Arazdəyən - Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Ekspertlərin ilkin hesablamalarına görə, dəmir yolunun Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edəcək. Ermənistan ərazisindən keçən həmin hissənin uzunluğu ümumilikdə 45 km-ə yaxın olacaq, dəmir yolunun ümumi uzunluğu isə təqribən 340 km-dir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi