Ermənistanda AES enerji sisteminə qoşulub - YENİLƏNİB-2

Ermənistanda AES enerji sisteminə qoşulub - YENİLƏNİB-2 Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib ki, ölkənin Atom Elektrik Sstansiyası baş vermiş qəza səbəbindən ölkənin enerji sistemindən ayrılıb.
Region
31 Avqust , 2024 18:05
Ermənistanda AES enerji sisteminə qoşulub - YENİLƏNİB-2

İldırım vurması nəticəsində fəaliyyətini dayandıran Ermənistandakı atom elektrik stansiyası (AES) yenidən enerji sisteminə qoşulub.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ən qısa zamanda AES tam gücü ilə işləməyə başlayacaq.

10:02

Ermənistan Atom Elektrik Stansiyasının (AES) enerji sistemindən ayrılmasına səbəb ildırım vurması olub.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Artıq elektrik enerjisinin verilişi bərpa olunub və stansiya əməkdaşları onu yenidən işə salmaq üzərində işləyirlər.

Nazirliyin məlumatına görə, qəza cümə günü yerli vaxtla təxminən 21:55-də baş verib. Qurumdan qeyd edilib ki, ildırım vurması nəticəsində stansiyanın təhlükəsizlik sistemləri onu təhlükəsiz söndürmə rejiminə keçirib.

Qeyd edək ki, AES Ermənistanın əsas elektrik enerjisi mənbələrindən biridir. İki blok 1976 və 1980-ci illərdə istismara verilib. 1989-cu ildə baş vermiş Spitak zəlzələsindən sonra AES bağlanıb. İkinci enerji bloku 1995-ci ilin noyabrında yenidən istismara verilib. 2021-ci ildə modernləşdirmədən sonra AES-in istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

03:16

Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib ki, ölkənin Atom Elektrik Stansiyası baş vermiş qəza səbəbindən ölkənin enerji sistemindən ayrılıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, elektrik enerjisi sistemində baş vermiş qəza nəticəsində Atom Elektrik Stansiyası sistemdən ayrılıb. Arutyunyan əlavə edib ki, hazırda enerji təchizatı bərpa olunub.

Hadisənin səbəbləri öyrənilir.

Son xəbərlər

Orphus sistemi