Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olunub - FOTO

Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olunub - FOTO Ermənistanın Niderland Krallığındakı səfirliyi təkzib yayıb
Region
235
8 May , 2021 15:36
Ermənilərin azərbaycanlılarla bağlı daha bir yalanı ifşa olunub - FOTO

Ermənistan kütləvi informasiya vasitələrinin azərbaycanlılara qarşı şər-böhtanı tez ifşa olunub.

“Report” xəbər verir ki, Ermənistanın Niderland Krallığındakı səfirliyi guya üç azərbaycanlının erməni vəkil Anna Akopyanı bıçaqlaması ilə bağlı yayılan yalanı təkzib edib.

Səfirlikdən bildirilib ki, Ermənistan KİV-də erməni vəkil qadının bıçaqlanması ilə bağlı yayılan məlumatın əsası yoxdur: “Bıçaqlanmış kimi şəkli yayılan qadın sağ-salamatdır. Onun bu məsələyə aidiyyəti yoxdur”.

Qeyd edək ki, Ermənistan KİV-i erməni olduğu üçün üç azərbaycanlının Niderlandda Anna Akopyanı bıçaqladığına dair şayiə yaymışdı. Bu məlumat Krallığın rəsmi dairələri tərəfindən təsdiqlənməyib.

Son xəbərlər

Orphus sistemi