Almaniyanın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Almaniyanın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib Bakı. 31 yanvar. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Region
31 Yanvar , 2019 09:40
Almaniyanın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
novosti-armeniya

Bakı. 31 yanvar. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, təşkilatçılar Almaniya səfirinə məktub təqdim ediblər. 

Onlar diplomatdan məktubu Almaniya kansleri Angela Merkelə təqdim etməyib xahiş ediblər. Məktubda Robert Koçaryanın həbsinin qanunsuz olduğu vurğulanıb.  

Təşkilatçılar sabah - fevralın 1-də yenidən diplomatik korpusun qarşısına toplaşmağa qərar veriblər. 

Həmin gün Almaniya kansleri Angela Merkel Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. 

Son xəbərlər

Orphus sistemi