Erməni patriarx xarici ölkələri 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırıb

Erməni patriarx xarici ölkələri 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırıb "Bizdən əvvəlki mərhum patriarxlarımız da belə ediblər"
Region
23 Aprel , 2021 19:11
Erməni patriarx xarici ölkələri 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırıb
0 : 00
0 : 00

"Bəzi ölkələrin xalqımızın acısını və əcdadlarımızın müqəddəs xatirəsini gündəlik siyasi məqsədlər üçün alətə çevirməsini görmək bizi üzür".

"Report" xəbər verir ki, bunu Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyan deyib.

1915-ci il hadisələri ilə bağlı açıqlama yayan din xadimi bildirib ki, türklər və ermənilər arasında sülh, dostluq və qardaşlığı təşviq və müdafiə etməkdə davam edəcəklər: "Bizdən əvvəlki mərhum patriarxlarımız da belə ediblər. 106 il əvvəl baş vermiş hadisələri min illik ortaq tarixin acı bir istisnası kimi görüb, münasibətlərimizi qonşuluq və mənfəət üzərində yenidən qurulmasını təşviq edəcəyik.

Türkiyə və Ermənistan qonşu dövlətlərdir. İnanıram ki, tanrının köməyi ilə türk-erməni münasibətlərində qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan əlaqələr daha güclü şəkildə təmin olunacaq. Türkiyə və Ermənistanın rəsmi qurumları arasında əlaqələrin qurulmasını ümidlə gözləyirik".

Din xadimi müxtəlif ölkələri 1915-ci il hadisələrini müzakirə etməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi