Erməni ekspert: “Ermənistan cəmiyyətində dərin apatiya müşahidə olunur”

Region
  • 14 noyabr, 2023
  • 10:17
Erməni  ekspert: “Ermənistan cəmiyyətində dərin apatiya müşahidə olunur”

“Ermənistanda əhali arasında dərin ümumi ruh düşkünlüyü, laqeydlik müşahidə olunur”.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Akopyan bildirib.

“Bu, o deməkdir ki, insanlar reallıqdan qaçmağa cəhd göstərirlər. Söhbət həm də psixoloji problemdən gedir”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, apatiya klinik depressiyanın əlamətlərindəndir:

“Başqa sözlə cəmiyyət dərin depressiyaya düşəndə müdafiə reaksiyası yaranır. Onlardan biri dəvəquşu mövqeyidir. Bu zaman insanlar reallıqdan qaçmağa çalışırlar”.

O deyib ki, belə şəraitdə insanlar neqativ informasiyalardan özlərini qoruyur, gündəlik işlərlə məşğul olmağa üstünlük verirlər.

Vigen Akopyan cəmiyyətin bu vəziyyətini ölkənin təhlükəsizlik məsələləri, Qarabağla əlaqələndirib.