​Erməni kursantın ölümü ilə bağlı zabit saxlanılıb

​Erməni kursantın ölümü ilə bağlı zabit saxlanılıb Kapitan Artyom Avetisyan Vazgen Sarqsyan adına Hərbi İnstitutun zabitidir
Region
100
14 Fevral , 2015 12:17
​Erməni kursantın ölümü ilə bağlı zabit saxlanılıb

Bakı.14 fevral. REPORT.AZ/ Ermənistanda "N" saylı hərbi hissənin kursantı Aykaz Barseqyanın ölüm faktı ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində zabit saxlanılıb.

"Report" "news.am"a istinadən xəbər verir ki, Emənistan İstintaq Komitəsi mətbuat xidmətinin məlumatına görə, zabit cinayətin qarşısının alınmasında fəaliyyətsizlik göstərməkdə günahkar bilinir. Xəbərdə bildirilib ki, zabit Artyom Avetisyanın laqeydliyi nəticəsində "önəmli dərəcədə" ziyan dəyib.

Beləliklə, Vazgen Sarqsyan adına Hərbi İnstitutun zabiti, kapitan Artyom Avetisyan tutulub.

Xatırladaq ki, yanvarın 29-da səhər saatlarında institutun idman meydançasında kursant Aykaz Barseqyanın meyiti aşkarlanıb. Onunla birlikdə xidmət edən Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan, Norik Saakyan da şübhəli şəxs qismində həbs ediliblər.  

Son xəbərlər

Orphus sistemi