Rusiyada erməni iş adamı 9 il müddətinə azadlıqdan məhrum edilə bilər

Rusiyada erməni iş adamı 9 il müddətinə azadlıqdan məhrum edilə bilər Rusiyada 1 milyard rubl (15 milyon 764 min 706 dollar) dələduzluqda ittiham edilən erməni əsilli iş adamı Oleq Mkrtcan 9 il müddətinə azadlıqdan məhrum oluna bilər.
Region
29 İyul , 2019 13:31
Rusiyada erməni iş adamı 9 il müddətinə azadlıqdan məhrum edilə bilər

Rusiyada 1 milyard rubl (15 milyon 764 min 706 dollar) dələduzluqda ittiham edilən erməni əsilli iş adamı Oleq Mkrtcan 9 il müddətinə azadlıqdan məhrum oluna bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu istintaqa yaxın mənbə bildirib.

O.Mkrtcan hazırda Moskva şəhər Məhkəməsində mühakimə olunur. Prosesdə dövlət ittihamçısı çıxış edərək erməni əsilli iş adamına 9 il həbs cəzası verilməsini istəyib. 

Qeyd edək ki, O.Mkrtcan əvvəllər Ukrayna Metalurgiya Şirkərinin Donbas Sənaye İttifaqının baş direktoru işləyib. O, 2018-ci ildə dələduzluğa görə tutulub.

“Fokus” jurnalının reytinq cədvəlinə əsasən, O.Mkrtçan 2012-ci ildə Ukraynanın 200 ən varlı vətəndaşları sırasında 14-cü yerdə qərarlaşıb. Onun var-dövləti 1,25 milyard dollar dəyərində qiymətləndirilir. O.Mkrtçan Rusiya və Ukraynanın vətəndaşıdır.

O, Krasnodarın "Kuban" futbol klubunun keçmiş sahibidir. 

Son xəbərlər

Orphus sistemi