Erməni hərbi qulluqçunun əsgər yoldaşını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Erməni hərbi qulluqçunun əsgər yoldaşını öldürməsi ilə bağlı cinayət işi başlanıb Ermənistanda hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi ilə bağlı cinayət işi başlanıb
Region
6 May , 2021 00:19
Erməni hərbi qulluqçunun əsgər yoldaşını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Ermənistanda hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin başqaları üçün artan təhlükə yaradan silah, sursat və əşyalar, material və maddələrlə rəftar qaydalarının pozulması maddələri üzrə cinayət işi açılıb.

İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə mayın 4-də, saat 20:00-da baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan adı açıqlanmayan əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

İbtidai istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi