Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinir

Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinir Ermənistan İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb
Region
19 Avqust , 2021 21:19
Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinir
0 : 00
0 : 00

Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Qeyd olunur ki, cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.

Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.

Cinayət işinin ibtidai istintaqı davam edir.

Son xəbərlər

Orphus sistemi