Erməni fəalla bağlı hökm qüvvədə qalıb

Erməni fəalla bağlı hökm qüvvədə qalıb Ermənistan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin müxalifət fəalı Narek Malyanla bağlı çıxardığı hökmü qüvvədə saxlayıb.
Region
2 Avqust , 2024 14:08
Erməni fəalla bağlı hökm qüvvədə qalıb

Ermənistan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin müxalifət fəalı Narek Malyanla bağlı çıxardığı hökmü qüvvədə saxlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkə hesabında yazıb.

"Malyan artıq 11 aydır həbsdədir. O, günahını etiraf etməkdən imtina edib və bütün mümkün üsullarla həbsxanada hakimiyyətlə mübarizəni davam etdirir", - vəkil bildirib.

Onun sözlərinə görə, Malyanın əməllərində cinayət tərkibi yoxdur, prokurorluq isə həbs müddətini 3 il 3 aya qədər artırmaqda israrlıdır.

Melikyan bildirib ki, Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət veriləcək, lakin nəticədən asılı olmayaraq Malyan sentyabrın 19-da azadlığa buraxılacaq.

Aprel ayında “Veto” müxalifət hərəkatının lideri Malyan nifrət, ayrı-seçkilik və düşmənçiliyi təşviq etməkdə təqsirli bilinib. Məhkəmə onu bir il müddətinə azadlıqdan məhrum edib.

Son xəbərlər

Orphus sistemi