Erməni ekspert Tehranın İrəvanla münasibətlərindəki əsas hiyləsini açıqlayıb

Erməni ekspert Tehranın İrəvanla münasibətlərindəki əsas hiyləsini açıqlayıb Tehran İrəvanla münasibətləri dərinləşdirməkdə qərarlıdır, çünki bu regionda (Cənubi Qafqaz ölkələrindən) İrana öz mövqelərini möhkəmləndirməkdə yalnız Ermənistan kömək edə bilər.
Region
29 Dekabr , 2022 04:45
Erməni ekspert Tehranın İrəvanla münasibətlərindəki əsas hiyləsini açıqlayıb

Tehran İrəvanla münasibətləri dərinləşdirməkdə qərarlıdır, çünki bu regionda (Cənubi Qafqaz ölkələrindən) İrana öz mövqelərini möhkəmləndirməkdə yalnız Ermənistan kömək edə bilər.

“Report” xəbər verir ki, bunu Ermənistanın eksperti Janna Vardanyan “Sputnik Armenia”ya müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, İran onsuz da pozulmuş qüvvələr balansını poza biləcək hər hansı geosiyasi dəyişikliklərdən qorxur.

Onun sözlərinə görə, Tehran hazırkı çətin vəziyyətdən çıxış yolunun İrvanla əməkdaşlığı artırmaqdan keçəcəyinə inanır. İran buna görə də 2023-cü ildə həmin istiqamətdə daha fəal siyasət yürütməyi planlaşdırır.

Ekspert vurğulayıb ki, İran Azərbaycanla İsrail arasında əməkdaşlığın dərinləşməsindən də narahatdır.

Son xəbərlər

Orphus sistemi