Erməni ekspert: “KTMT adlı təşkilat mövcud deyil”

Erməni ekspert: “KTMT adlı təşkilat mövcud deyil” “Ermənistan ordu korpuslarından birini Rusiyaya verir”
Region
30 Noyabr , 2016 17:42
Erməni ekspert: “KTMT adlı təşkilat mövcud deyil”

Bakı. 30 noyabr. REPORT.AZ/ “Ermənistan ordu korpuslarından birini Rusiyaya verir”.

“Report”un xəbərinə görə, bu barədə Ermənistanın Lragir.am xəbər agentliyinə müsahibə verən “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatının koordinatoru, ekspert Daniel İoanissyan Rusiya ilə Ermənistan arasında imzalanan birləşmiş hərbi qruplaşma haqqında sənədi şərh edərkən deyib.

“Ermənistan ordusu Dağlıq Qarabağda yerləşən “Müdafiə ordusu”nu nəzərə almadan 5 korpusdan ibarətdir. Ordu korpuslarından biri, daha dəqiq desək 5-ci ordu korpusu birləşmiş hərbi qruplaşmaya cəlb edilir. Əvvəlcə Naxçıvanla sərhədi qoruyan 4-cü ordu korpusundan söhbət gedirdi, artıq sonradan Müdafiə Nazirliyi də təsdiq etdi ki, bu qruplaşmaya 5-ci ordu korpusu daxil edilir. 5-ci ordu korpusu isə Türkiyə və Gürcüstanla sərhədi qoruyur. Narahatedici məqam odur ki, bu korpus sülh dövründə Ermənistan Respublikası Silahlı Qüvvələrinn Baş Qərargah rəisinə tabe olduğu halda, müharibə şəraitində Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Komandanlığına tabe olacaq, daha aydın desək, Rusiyanın tabeliyində olacaq. Məsələ burasındadır ki, istənilən ordunun anlamı müharibə zamanı əhəmiyyət kəsb edir, sülh dövründə isə gündəlik fəaliyyətlə məşğuldur. Əgər müharibə dövründə ordunun beşdə bir hissəsi Rusiyanın tabeliyinə keçirsə, qoy kimsə mənə bu vəziyyətin Ermənistanın müstəqilliyinə və özunu idarəetməsinə təsir göstərməyəcəyini sübut etsin. Ancaq Rusiya əlavə ordu korpusu qazanır, əlbəttə, bu razılaşma onun üçün əlverişlidir. Ermənistan dar günündə bir ordu korpusundan məhrum olur. Bu, Ermənistanın müstəqillik səviyyəsinə, müdafiə qabiliyyətinə birbaşa zərbədir.

Əlbəttə, bu birgə qruplaşma Ermənistanın yox, Rusiya Fedrasiyasının maraqlarına uyğundur. Rusiya heç bir xərc çəkmədən, heç bir çağırışçı cəlb etmədən, ancaq dar gündə Rusiya üçün döyüşməyə hazır olan Ermənistanın vergi ödəyiciləri, Ermənistanın çağırışçılarının hesabına bir bütöv ordu korpusu əldə edir” - D.İoanissya əlavə edib.

O daha sonra deyib: “Bizim əsas hərbi düşmənimiz Azərbaycandır, bu ölkə ilə problemlərin həll olunması çərçivəsində bu birləşmiş qruplaşmanın heç bir əlaqəsi olmayacaq. Ancaq Rusiyanın Turkiyə ilə hər hansı bir məsələdə fikir ayrılığı olarsa, bu məsələləri Ermənistan Silahlı Qüvvələrinin əli ilə həll edə bilər, bu da Ermənistan üçün çox təhlükəlidir”.

Təşkilat koordinatoru Kollektiv Təlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid edib: “Builki aprel hadisələri zamanı KTMT-yə üzv olan neçə ölkə Azərbaycanı mühakimə etdi? Yalnız Ermənistan. Bəs KTMT-yə üzv olan neçə ölkə Azərbaycanı alqışladı? Belarus və Qazaxıstan. Sual verirəm, KTMT adlı təşkilat mövcuddurmu? Xeyr, bu, Rusiyanın “mənim də hərbi ittifaqım var” deyə dunyaya nümayiş etdirmək istədiyi formal bir təşkilatdır”.

Son xəbərlər

Orphus sistemi