Erməni deputat: “Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür”

Region
  • 08 dekabr, 2023
  • 09:51
Erməni deputat: “Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması mümkündür”

Erməni deputat yaxın vaxtlarda Azərbaycanla sülh sazşinin imzalanmasını mümkün hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

O qeyd edib ki, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri Aparatının birgə açıqlaması buna müsbət zəmin yaradır.

Onun sözlərinə görə, bu açıqlama sülh sazişinin imzalanmasına müsbət təsir göstərə bilər: “Çünki açıqlamada ən azı müsbət ifadələr var və bu da gələcək danışıqların daha rahat keçməsinə kömək edə bilər”.