“Məhkəmə sistemi, ibtidai istintaq orqanları, prokurorluq, polis, hökumət mandatı tərəfindən alınmış vəzifənin yerinə yetirilməsini təmin etməyə çağırılır. Bu, həqiqətdə hökumətin dövlətlə eyniləşdirilməsinə nail olmaq vəzifəsini açıq şəkildə qoyanda görünməmiş həyasızlığın təzahürüdür”.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri parlamentdə "Ermənistan" fraksiyasının deputatı Armen Rustamyan bildirib.
O, ölkə hakimiyyətinin Ermənistanın hüquq sistemini özünə tabe etmək cəhdlərini ittiham edib.
Deputat qeyd edib ki, tarix dəfələrlə dövlətlə şəxsiyyətin eyniləşdirmələrinin nə ilə başa çatdığını təsdiqləyib.
“İstənilən hərəkət əks təsirə səbəb olur, qılınc götürən qılıncdan həlak olacaq. Buna görə, daha insanların başı üstündə öz çəkicinizi silkələməyin, çünki çəkic götürən çəkicdən həlak olacaq”, - Armen Rustamyan deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri kampaniyası dövründə seçicilərlə görüşlərdən birində əlinə çəkic götürməklə rəqiblərinin qəzəbli reaksiyası ilə qarşılaşmışdı.