Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Ərdoğanla Zelenski arasında telefon danışığı olub Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Region
30 May , 2022 22:23
Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib, Ukrayna ilə Rusiya arasında danışıqlar olacağı təqdirdə rəsmi Ankarının vasitəçilik etməyə hazır olduğu bildirilib.

Ərdoğan bildirib ki, ölkəsi Ukrayna və Rusiya arasında danışıqların davam etdirilməsi üçün hər cür səy göstərib və vasitəçilik də daxil olmaqla, daha çox dəstək verməyə hazırdır.

Liderlər həmçinin təhlükəsiz dəhlizləri müzakirə ediblər, Türkiyə tərəfi Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün dəhlizə xüsusi önəm verib.

Son xəbərlər

Orphus sistemi