Türkiyə və Qazaxıstan prezidentləri arasında görüş başlayıb

Region
  • 10 may, 2022
  • 13:46
Türkiyə və Qazaxıstan prezidentləri arasında görüş başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstanın dövlət başçısı Kasım-Jomərt Tokayev arasında görüş keçirilir.

“Report” xəbər verir ki, görüşdən əvvəl Bəştəpədə yerləşən Prezident iqamətgahında Qazaxıstan liderinin rəsmi qarşılanma mərasimi olub.

Türkiyə Prezidenti qazaxıstanlı həmkarını qarşılayıb.

Daha sonra R.T.Ərdoğanla Kasım-Jomərt Tokayev arasında görüş başlayıb. Dövlət başçıları ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edirlər.

Təkbətək danışıqlardan sonra nümayəndə heyətləri arasında görüş olacaq.