Ərdoğanla İordaniya kralı arasında telefon danışığı olub

Ərdoğanla İordaniya kralı arasında telefon danışığı olub Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb
Region
5 Aprel , 2021 16:32
Ərdoğanla İordaniya kralı arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan və II Abdullah

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İordaniya kralı II Abdullah arasında telefon danışığı olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğanla II Abdullah iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyətini və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, şənbə günü ölkə ordusu kral II Abdullahın ögey qardaşı, keçmiş şahzadə Həmzəni İordaniyanın təhlükəsizliyi və sabitliyinə xələl gətirən addımlardan çəkinməsinə dair xəbərdarlıq edib və bundan sonra şahzadə Həmzə ev dustaqlığına alındığını bildirib. Bazar günü isə hökumət ölkəni anarxiyaya sürükləmək istəyən xaricdəki qruplarla təmasa girən şahzadə Həmzənin bir müddətdir təhqiqat altında olduğunu açıqlayıb.

Bununla bağlı kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən bin Zaid bütövlükdə 16-dək şəxs həbs edilib. Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var.

Son xəbərlər

Orphus sistemi