Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Region
31 Mart , 2023 02:43
Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Report" xəbər verir ki, təxminən 3 saat davam edən toplantıdan sonra verilən yazılı açıqlamada qeyd edilir ki, iclasda əsas diqqət fevralın 6-da baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına yönəldilib.

Bununla yanaşı, Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanılması, antiterror əməliyyatlarının davam etdirilməsi və mayın 14-də keçiriləcək seçkilər zamanı təhlükəsizlik məsələləri müzakirə mövzusu olub.

Toplantıda həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dənizin təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin görülməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi