Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyi namizədliyi ilə əlaqədar Türkiyə Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Region
21 Mart , 2023 16:47
Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edək ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyasının birləşdiyi “Millət” koalisiyasının prezident seçkisindəki namizədi Kemal Kılıçdaroğlu olacaq.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi