Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dmitri Medvedev təmsil edəcək

Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dmitri Medvedev təmsil edəcək Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyulun 9-də keçiriləcək
Region
7 İyul , 2018 13:57
Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dmitri Medvedev təmsil edəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedev Ankarada Türkiyə prezidentinin andiçmə mərasimində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. 

Bu barədə "Report" Rusiya hökumətinin saytına istinadən xəbər verir.

"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə hökumətin sədri Dmitri Medvedev iyulun 9-da Türkiyəyə səfər edəcək", - məlumatda deyilir.

Andiçmə mərasimi iyulun 9-də keçiriləcək.

Xatırladaq ki, R.T.Ərdoğan bu il iyunun 24-də keçirilən prezident seçkilərində 53% səs toplayıb.

Son xəbərlər

Orphus sistemi