Ərdoğan Zelenski ilə danışıb

Ərdoğan Zelenski ilə danışıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Region
28 Sentyabr , 2022 15:14
Ərdoğan Zelenski ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.

Bundan başqa, Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə lideri söyləyib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan bəzi ərazilərində "referendum"un təşkili diplomatik səylərə mane olur. Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi