Ərdoğan və Ruhani Qarabağdan danışdı

Ərdoğan və Ruhani Qarabağdan danışdı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub
Region
22 Oktyabr , 2020 19:26
Ərdoğan və Ruhani Qarabağdan danışdı
Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Məlumata görə, Türkiyə-İran münasibətlərini inkişaf etdirəcək və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcək məqamların müzakirəsi gedən danışıqda Azərbaycan-Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ermənistanın dinc əhaliyə qarşı etdiyi təcavüzün hərbi cinayət olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğal edilən ilə işğalçını ayırd edilməsinin vacib olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi