Ərdoğan: Türkiyənin müttəfiqləri Suriyada uçuşa qadağa qoyulmuş zona yaratmaq istəyir
Region
- 10 noyabr, 2015
- 17:43
Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, terrorçu "İŞİD" qruplaşması ilə mübarizə aparan müttəfiq dövlətlər Suriyada uçuşsuz zonanın yaradılması fikrinə müsbət yanaşır.
"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, Ərdoğan bu təşəbbüsü dəstəkləyən dövlətlərin adlarını tək-tək sadalamayıb.
Dövlət başçısı, həmçinin, qeyd edib ki, rəsmi Ankara kürd birləşmələrinin Fərat çayının qərb sahilinə keçməsinə imkan verməyəcək.
Əks halda, Türkiyənin cənub sərhədləri boyunca "kürd koridorunun" formalaşacağını qeyd edən dövlət başçısı, "Mövqeyimiz qətidir. Bir neçə hərbi birləşmə Fərat çayını keçməyə cəhd edib və layiqli cavablarını da alıblar", - deyə vurğulayıb.
Son xəbərlər
22:56
"Real" və "Bavariya"nın sabiq futbolçusu karyerasını ABŞ klubunda davam etdirəcək
Futbol22:56
ANP: Niderlandın bir neçə qurumunun əməkdaşlarının məlumatları sızdırılıb
Digər ölkələr22:37
İstanbulda "Marksist-Leninst Kommunist Partiyası" adlı terror təşkilatına qarşı əməliyyat keçirilib
Region22:20
Kriptovalyuta bazarı bir gündə 436 mindən çox mövqe itirib
Maliyyə22:06
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Energetika21:46
Baş katib: ATƏT Avropada müharibənin qarşısını almağa çalışır
Digər ölkələr21:38
KİV: "Hizbullah"ın kəşfiyyat rəhbəri istefa verib
Digər ölkələr21:33
AŞF prezidenti: "Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub"
Fərdi21:24