Ərdoğan: Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər

Ərdoğan: Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər.
Region
30 mart 2025 11:49
Ərdoğan: Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər

Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.

O bildirib ki, rəsmi Ankara “terrorsuz Türkiyə” hədəfi istiqamətində işlərini davam etdirir: “Dövlətimiz çağırış edərək öhdəsinə düşəni yerinə yetirib. İndi növbə qarşı tərəfindir. Onlar bu çağırışa şərtsiz əməl etməlidir. Bu mövzuda qeyri-məhdud vaxta və sonsuz səbirə malik deyilik”.

Ərdoğan qeyd edib ki, terrorçular vaxt itirmədən silahı yerə qoymalıdırlar: “Regional və qlobal siyasət, həmçinin daxildə cərəyan edən hadisələr bizə bu prosesi uğurla baş vurmaq üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradır”.

Son xəbərlər

Orphus sistemi