Ərdoğan: "Terror aktı ilə əlaqədar 20-yə yaxın İŞİD üzvü həbsdədir"

Ərdoğan: "Terror aktı ilə əlaqədar 20-yə yaxın İŞİD üzvü həbsdədir" "Son məlumatlar bunun arxasında İŞİD-in durduğunu göstərir"
Region
2 İyul , 2016 21:42
Ərdoğan: Terror aktı ilə əlaqədar 20-yə yaxın İŞİD üzvü həbsdədir

Bakı. 2 iyul. REPORT.AZ/ İŞİD terror təşkilatının təqribən 20 üzvü İstanbul hava limanında törədilən terror aktı ilə əlaqədar həbsdədir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters"ə bildirib.

İyunun 28-də İstanbulun "Atatürk" Hava Limanının beynəlxalq terminalında üç partlayış baş verib. Terror aktı nəticəsində 19-u əcnəbi olmaqla 44 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.

"Əldə edilən son məlumatlar bunun arxasında İŞİD-in durduğunu göstərir", — deyə Ərdoğan qeyd edib.

Son xəbərlər

Orphus sistemi