Ərdoğan: "Taxıl sazişinin müddəti uzadılıb"
Region
- 18 mart, 2023
- 13:57
“Hər iki tərəflə apardığımız danışıqların sonunda martın 19-da başa çatacaq müqavilə müddətinin uzadılmasını təmin etdik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seddülbahir qalası və Gelibolu-Eceabat dövlət yolunun açılış mərasimində çıxışı zamanı bildirib.
Qeyd edək ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılmasını nəzərdə tutan sazişin müddəti daha 120 gün uzadılıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ötən il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub.
2022-ci ilin iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna taxılının dünya bazarına daşınması üzrə saziş imzalanıb.
Son xəbərlər
00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00
Bu gün Laçın Şəhəri Günüdür
Daxili siyasət23:55
"Lufthansa" aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
İnfrastruktur23:50
Amerikalı müğənni Dolli Parton vəfat edib
Şou-biznes23:42
"SpaceX" Luizianada "Starship" üçün yeni kosmodrom inşa edəcək
Digər ölkələr23:30
İran Hörmüz boğazı ilə bağlı yeni plan təklif edib
Region23:21
Foto
Video
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Futbol23:10
Məzlum Abdi Suriyada SDQ-nin tamamilə buraxıldığını bəyan edib
Digər ölkələr23:06