Ərdoğan Stoltenberqlə görüşüb

Ərdoğan Stoltenberqlə görüşüb Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqlə görüşüb.
Region
16 Aprel , 2018 21:53
Ərdoğan Stoltenberqlə görüşüb

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanasındakı mənbə bildirib.

Məlumata görə, Türkiyənin dövlət başçısı və NATO baş katibi Suriyada yaranmış vəziyyəti müzakirə ediblər. Tərəflərin görüşündə habelə Türkiyə ilə Şimali Atlantika Alyansı arasındakı münasibətlər diqqət mərkəzində olub.

Mənbə həmçinin bildirib ki, tərəflər terrorizmlə mübarizə, ABŞ, Britaniya və Fransanın Dəməşqin Dumada istifadə etdiyi kimyəvi silaha cavab olaraq Suriyada keçirdiyi əməliyyat ətrafında da fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi