Ərdoğan Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyədə qaz qovşağı yaratmaq niyyətini açıqlayıb

Ərdoğan Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyədə qaz qovşağı yaratmaq niyyətini açıqlayıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qaz qovşağı layihəsini həyata keçirməkdə hələ də qərarlı olduğunu bildirib.
Region
29 May , 2023 02:32
Ərdoğan Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyədə qaz qovşağı yaratmaq niyyətini açıqlayıb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qaz qovşağı layihəsini həyata keçirməkdə hələ də qərarlı olduğunu bildirib.

“Report” xəbər verir ki, bunu Türkiyə lideri Prezident Külliyəsində çıxışı zamanı deyib.

“Türkiyənin beynəlxalq mərkəz kimi mövqeyini daha da gücləndirəcəyik. Yeri gəlmişkən, cənab Putin təbrik mesajında ​​Trakya bölgəsində Türkiyədə bir qovşağın yaradılmasını təkrarladı. Biz bunu onlarla edəcəyik. Trakya isə mərkəz olacaq”-Ərdoğan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi