“Üzvlərinin sayı 11 milyon 500 minə yaxınlaşan Ədalət və İnkişaf Partiyasında öncə vətən, öncə məmləkət deyən hər kəsə yer var”.
“Report” xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin 4 əyalət təşkilatının kofransında canlı bağlantı zamanı çıxışında bildirib.
“Heç kimi kənarlaşdırmırıq, heç kəsi mühakimə etmirik. Terrorizm, təhrif və zorakılığa qarışmadıqları müddətcə hər bir fikrə hörmət edirik. Biz başqaları kimi “kiçik olsun, mənim olsun fikri” deyil, “böyük olsun, bizim üçün olsun” şüarı ilə hərəkət edirik. Millətimiz hələ də gələcəyini AK Partiya və “Cumhur İttifaqı”nda görür. Epidemiya şərtlərinə baxmayaraq, son bir ildə partiyamıza 1 milyon 300 mindən çox yeni üzv qəbul etmişik”.