Ərdoğan: “Namizəd statusunun verilməsi ölkələrin Aİ üzvlüyünə zəmanət vermir”
Region
- 19 dekabr, 2023
- 12:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi, Ukrayna və Moldova ilə danışıqlara başlanılması bu ölkələrin təşkilata üzvlüyünə zəmanət vermir.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, bunu Macarıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Namizəd statusunun verilməsi o demək deyil ki, onlar Avropa İttifaqına üzv olacaqlar. Bu prosesə start verildikdən sonra o, daha da uzanacaq", - o bildirib.
Prezident qeyd edib ki, Aİ Türkiyə ilə münasibətlərə indi diqqətlə yenidən baxmalıdır: "Türkiyə Aİ-yə üzv olmağa digər ölkələrlə müqayisədə daha hazırdır. Lakin siyasi maneələrə görə biz uzun illər gözləmək məcburiyyətində qalmışıq".
Son xəbərlər
00:48
Türkiyə parlamenti 2026-cı ilin dövlət büdcəsini qəbul edib
Region00:22
Uitkoff: ABŞ Ukraynanın iştirakı ilə Floridada keçirilən danışıqları konstruktiv hesab edir
Digər ölkələr00:20
Maduro Venesuela neftini daşıyan tankerlərə edilən hücumları pisləyib
Digər ölkələr00:00
Bu gün Amnistiya aktının icrasına başlanacaq
Daxili siyasət23:45
Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub - YENİLƏNİB
Hadisə23:09
Video
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib
Hadisə22:59
Hasset: ABŞ istehsalı olmayan mallar üçün rüsumlar ləğv edilə bilər
Digər ölkələr22:37
"Barselona" La Liqada ardıcıl səkkizinci qələbəsini qazanıb
Futbol22:16