"Barış bulağı" ("Barış pınarı") antiterror əməliyyatı nəticəsində Rasulayn və Tel Abyad arasını təhlükəsiz bölgəyə çevirdik".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.
“Barış bulağı” antiterrror əməliyyatı nəticəsində Suriyada 8 200 kv. km-lik ərazini təhlükəsiz bölgəyə çevirmişik. Müzakirə apardığımız ölkələr bizə söz vermişdi. Ancaq terror qruplaşmasının bütün sərhədboyu (Türkiyə-Suriya sərhədini nəzərdə tutur - red. ) 30-32 km dərinliyində geri çəkilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmədiyini görürük. Separatçı terrorçu qruplaşma (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) bölgəyə sülh və sabitliyin gəlməsinə mane olur. Bölgədə planlaşdırdığımız yaşayış yerlərinin tikintisinə başlamağımız üçün təhlükəsizlik və əmin-amanlıq saxlamağımıza ehtiyac var”, - Türkiyə prezidenti vurğulayıb.