Ərdoğan meşə yanğınlarını beynəlxalq təhlükə adlandırıb

Ərdoğan meşə yanğınlarını beynəlxalq təhlükə adlandırıb Meşə yanğınları koronavirus pandemiyası və terrorizmlə müqayisə edilə biləcək beynəlxalq təhlükəyə çevrilib.
Region
148
5 Avqust , 2021 01:15
Ərdoğan meşə yanğınlarını beynəlxalq təhlükə adlandırıb
Rəcəb Tayyib Ərdoğan

Meşə yanğınları koronavirus pandemiyası və terrorizmlə müqayisə edilə biləcək beynəlxalq təhlükəyə çevrilib.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Meşə yanğınları - bu COVID-19 pandemiyası ilə müqayisə edilə bilən beynəlxalq təhlükədir, onu hətta terrorçuluq təhlükəsi ilə müqayisə etmək olar", - Ərdoğan “A Haber” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, meşə yanğınları təhlükəsi ilə bütün dünya rastlaşır, meşələr ABŞ-da, Kanadada, Rusiyada, İspaniyada, İtaliyada, Afrika ölkələrində yanır, bu vəziyyətə iqlim şəraiti səbəb olub.

Son xəbərlər

Orphus sistemi